642
06:41
22 May 2019

Tramp növbəti namizədliyi üçün sosial şəbəkələrdə 8,8 milyon dollar xərcləyib

ABŞ Prezidenti Tramp seçkiqabağı təşviqat kampaniyası üçün 2019-cu ildən etibarən facebook-da 5,6 milyon dollardan, google-da isə 3,2 milyon dollardan çox vəsait sərf edib.

ONA “TASS”-a istinadla xəbər verir ki, Ağ ev rəhbəri Demokratlar Partiyasından namizəd olmaq istəyənrəqiblərindən daha çox pul xərcləyib.

Bu sıralamada Massaçusetts ştatının senatoru Elizabet Uarren facebook-da 1,1 milyon, google-da 417 min, Kaliforniya senatoru Kamala Harris isə facebook-da 1,1 milyondan bir qədər az, google-da 419 min dollarından keçib.
Qeyd edək ki, ABŞ-da 2020-ci il seçki kampaniyasına fevral ayında start veriləcək.
59-cu Prezident postuna seçkilər isə noyabrın 3-də baş tutacaq.