535
08:17
22 May 2019

Masallı rayonunda zəlzələ oldu

Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində yerli vaxtla saat 22:35-də zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA -ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, 3,1 maqnituda gücündə qeydə alınan zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.