563
10:25
22 May 2019

Macarıstan yığmasının Azərbaycanla oyuna çağırılan heyətində dəyişiklik edildi

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Macarıstan yığmasının heyətində dəyişiklik edilib.
ONA -nın məlumatına görə, baş məşqçi Marko Rossi mayın 27-də başlayacaq təlim-məşq toplanışına dəvət etdiyi futbolçulardan üçünü heyətdən çıxarıb.
Bunlar yarımmüdafiəçi Daniel Qazdaq (“Honved”) və hücumçular Marton Eppellə (“Kayrat”, Qazaxıstan) Adam Bodidir (“Debretsen”). Bu səbəbdən də yığmamızın rəqibi iyunda keçirəcəyi seçmə oyunlarına 32 deyil, 29 futbolçu hazırlaşacaq. Onlardan da dördü – Almaniya “Leypsiq”i və ABŞ təmsilçisi “Sportinq Kanzas”da çıxış edənlər toplanışa iyunun 2-də qoşulacaq. Söhbət Peter Qulaşi və Orban Villi (hər ikisi “Leypsiq”, Almaniya), Barat Botond və Kristian Nemetsdən (hər ikisi “Sportinq Kanzas”, ABŞ) gedir.
Qeyd edək ki, iyunun 8-də keçiriləcək Azərbaycan – Macarıstan “Bakcell Arena”da baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstanlılar üç gün sonra Uels ilə qarşılaşacaq.