514
10:37
22 May 2019

"Bakı Metropoliteni" alternativ enerji mənbələrindən istifadə edəcək

"Bakı Metropoliteni" QSC alternativ enerji mənbələrdən istifadə edəcək. Bunu ONA -ya QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə "Bakı Metropoliteni"ni alternativ enerji ilə təmin edəcək.