491
10:53
22 May 2019

Gəncədə əlil qadın itkin düşüb

Ruhi xəstəlikdən əziyyət çəkən Gəncə şəhər sakini itkün düşüb.
ONA -nın məlumatına görə, Gəncə şəhəri, Atatürk prospektində yaşayan Abdullayeva Natella Hümbət qızı mayın 21-də Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ruhi xəstə olan qızı, 1985-ci il təvəllüdlü, II qrup əlil Abdullayeva Çinarə Arzu qızının mayın 21-i saat 12 radələrində evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.