1195
13:03
22 May 2019

Nazirlikdən Lent.az-ın ƏSA ilə bağlı yazdıqlarına REAKSİYA: "Təklif edirik ki..."

Xəbər verdiyimiz kimi, may ayının 20-də Əsa Teatrının rəhbəri Nihad Qulamzadə mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. Müraciətdə qaldırılan məsələlər, onların yaranma səbəbləri və çıxış yolları barədə söhbət etmək üçün Lent.az teatrın ofisindən dünən geniş yazı yayımlayıb.

Müraciətlə bağlı olaraq Lent.az -a eksklüziv olaraq danışan Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, nazirlik ƏSA Teatrına daima dəstək olub:

“Mədəniyyət Nazirliyi dəfələrlə müxtəlif teatrlarda ƏSA-nın tamaşaları üçün şərait yaradıb. Nazirlik bu kollektivə həmişə diqqət ayırıb və öz dəstək, köməyini əsirgəməyib".

Nazirliyə müraciətə gəlincə, İ.Hümbətovun dediyinə görə, teatrın rəhbərliyi ilə əlaqə saxlanılıb və nazirliyə dəvət olunub:

"Bizim ƏSA-ya təklifimiz bundan ibarətdir ki, teatrla nazirlik arasında müqavilə əsasında ƏSA Teatrı nazirliyin strukturuna daxil olan teatrlarının birinin binasında ayda bir dəfə təmənnasız olaraq tamaşa nümayiş etdirməsi ilə təmin ediləcək”.