547
12:57
22 May 2019

Ərini öldürən qadına AĞIR CƏZA TƏLƏBİ

Ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lent.az -ın məlumartına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxış edərək Vəfa Osmanlının 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.