1156
15:06
22 May 2019

Mayın 28-də "Bakı Metropoliteni" 10 ədəd YENİ VAQON alacaq

Mayın 28-də Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti “Bakı Metropoliteni” QSC-yə 10 ədəd yeni vaqon təhvil veriləcək.
ONA -nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə, ümumilikdə, cari il ərzində 30 vaqonun alınması planlaşdırılır: "Qalan 20 vaqon sentyabrın sonunadək gətiriləcək".