579
14:22
24 May 2019

Çin XİN: "ABŞ siyasətçiləri “Huawei” ilə bağlı şayiələr uydururlar"

Çin ABŞ dövlət katibi Mayk Pompeonun “Huawei” şirkəti lə bağlı iddialarına münasibət bildirib.
ONA -nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Mayk Pompeonun “Huawei” şirkətinin Çin hökuməti ilə əlaqələri haqqında səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Son zamanlar bəzi ABŞ siyasətçiləri “Huawei”lə bağlı şayiələr uydururlar, lakin tələb olunduğu halda heç bir sübut təqdim edə bilmirlər", deyə Çin XİN-in sözçüsü Lu Kang deyib.
Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb.
Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.
İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.
Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb.