467
12:15
24 May 2019

Bakıda binanın zirzəmisində meyit tapıldı

Paytaxın Nəsimi rayonunda hələlik şəxsiyyəti bilinməyən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.