517
12:58
24 May 2019

Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.
Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərin vəziyyəti orta-ağırdır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.