522
13:27
24 May 2019

“Çelsi” rəhbərliyi Maurisio Sarri ilə bağlı futbolçuların fikrini öyrənəcək

“Çelsi”nin baş məşqçisi Maurisio Sarrinin taleyinə futbolçular aydınlıq gətirəcək.
ONA -nın “Daily Mail”ə istinadən məlumatına görə, klub rəhbərliyi oyunçularla fərdi söhbətlər apararaq italiyalı mütəxəssisin komanda ilə münasibətlərini öyrənməyə qərar verib.
Məhz bundan sonra çalışdırıcının istefaya göndərilib-göndərilməməsi haqda qərar qəbul olunacaq. Əksər futbolçuların M.Sarridən narazı olduğu bildirilir.
Mütəxəssisin məşqlərinin monoton keçdiyini hesab edən oyunçuların bu narazılığının onun istefasında həlledici amil olacağı gözlənilir. Baş məşqçinin komandanın kapitanı Hari Kehilə münasibəti də futbolçularda qıcıq yaradıb. M.Sarri milli üzvünü ehtiyatda saxlayıb, demək olar mövsümboyu şans verməyib. Buna görə də Avropa Liqasının mayın 29-da Bakıda “Arsenal”a qarşı keçiriləcək oyunu mütəxəssisin postunda son sınağı ola bilər.
Qeyd edək ki, vətəni İtaliyada “Yuventus”, “Roma” və “Milan”ın baş məşqçi postuna namizəd göstərilən M.Sarrini “Çelsi”də klubun sabiq futbolçusu Frenk Lempard əvəzləyə bilər.