572
13:25
24 May 2019

Tereza Mey istefa verdi

Böyük Britaniyanın baş naziri Tereza Mey partiya liderliyindən istefa verib.
ONA -nın London bürosunun verdiyi xəbərə görə, T.Mey iyunun 7-də partiya sədrliyindən gedəcəyini açıqlayıb.
O, “Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edib. T.Mey partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq.