363
13:20
24 May 2019

DİQQƏT: Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan mayın 25-i səhər saatlarına kimi Bakı şəhəri, Neftçilər prospekti, "Azneft" dairəsindən Rixard Zorge küçəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Lent.az -a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.