506
13:35
24 May 2019

İranın xarici işlər naziri İraqa gedir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqa səfər edəcək.
ONA -nın Tehran bürosunun məlumatına görə, səfərin mayın 25-də baş tutacağı bildirilir.
Səfər zamanı M.C.Zərif İraq rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafını, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Qeyd edək ki, M.C.Zərifin İraqa səfəri ötən həftə baş tutacaqdı, lakin səfər təxirə salınmışdı.