3649
14:15
24 May 2019

Sarımsaq turşusunu belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə Lent.az -ın əməkdaşına sarımsaq turşusunun xüsusi hazırlanma qaydasının üsulunu izah edir:
"Qışda süfrələrimizin bəzəyi yeməkləri dadlandıran, həzmi yaxşılaşdıran şorabalardan
Sarımsaq turşusu
Tərkibi :
1 litrlik banka üçün, 500 qr sarımsaq
200 ml-lik stəkanla 1 stəkanın başı 1 sm əskik 4%-li üzüm sirkəsi
2 dolu xörək qaşığı şorabalar üçün olan duz
1/2 çay qaşığı limon duz
2 qənd parşası
3-4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
1-2 ədəd dəfnə yarpağı
6-7 ədəd albalı yarpağı
HAZIRLANMA QAYDASI:
Sarımsaq axar suyun altında təmiz yuyulur, üst yarpaqları dişlər görünənə qədər soyulur və dibcik hissəsi oyulub götürülür.
Bankalar soda ilə təmiz yuyulub, ocağın üstündə buxarda sterelize olunur.
Sonra hər bankaya altdan mixək, qara istiot dəfnə və albalı yarpağı qoyulur üzərindən sarımsaqlar səliqə ilə sıx düzülür .
Hər bankaya 1stəkanın başı 1sm əskik 4%-li üzüm sirkəsi, 2 xörək qaşığı duz, 1/2 çay qaşığı limon duzu tökülür, üzərindən banka dolana qədər qaynadılıb soyudulmuş su və ya filtrlənmiş soyuq su tökülür.
Hər bankaya 2 qənd parşası qoyulub möhkəm qapaqla bağlanılır. Bağlayandan sonra bir az çalxalayırıq ki, tökdüyümüz ərzaqlar bankada bərabər paylansın.
Sonra sərin yerə qoyun payızın əvvəlləri üçün artıq hazırdır.
Bu cür sarımsaq çox dadlı, xırt xırtlı olur.
İçərisinə qatdığımız mixək, albalı və dəfnə yarpağının sayəsində qoxusu az olur və uzun müddət çox gözəl qalır.
Sağlıqla hazırlayın,şirin şirin yeyin".
Nuş olsun!