1462
15:11
24 May 2019

Erməni əsilli idmançılar Bakıda: "Gözəl şəhərdir..."

Xəbər verdiyimiz kimi, mayın 24-də Bakıda, Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı start götürüb. Üç gün davam edəcək çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq. İştirakçılar arasında Rusiyanı təmsil edən erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var.
Lent.az xəbər verir ki, bacı-qardaş olan gimnastlar Bakıda jurnalistlərə açıqlamalarında Azərbaycanda heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər.
Bakıda tam təhlükəsiz olduqlarını deyən Qarsevan Canasyan bildirib ki, hər şey çox yaxşıdır, təhlükəsizdir. "Burada hər şey bizi qane edir və heç bir təzyiq yoxdur" deyən Canasyan Bakının çox gözəl, insanların çox ünsiyyətcil və həyatsevər olduqlarını vurğulayıb.
Duxik Canasyan isə çempionatın yüksək səviyyədə təşkil olunduğuna diqqət çəkib. Dediyinə görə, həm yarış üçün yaradılan şərait, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. "İdman və məşq zalları mükəmməldir. Burada əsl idman əhval-ruhiyyəsi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır”, - deyəDuxik Canasyan bildirib.