651
15:31
24 May 2019

Bakı-Sumqayıt avtobuslarında gecikmə olmayacaq

“Bazar günü Bakı-Sumqayıt sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur”.
Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq:
“Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan marşrut xətləri üzrə sərnişin avtobuslarında təmir işlərinin bazar günü aparılacağı ilə əlaqədar gecikmələrin olma ehtimalı yoxdur”.