923
15:46
24 May 2019

Luiş Fiqu: "Bakıda möhtəşəm final olacaq, qaçırmayın" - VİDEO

Məşhur portuqaliyalı futbolçu Luiş Fiqu mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı sosial şəbəkələrdə video paylaşıb.
ONA -nın məlumatına görə, keçmiş futbolçu Bakıda keçiriləcək final oyununda özünün də iştirak edəcəyini bildirib.
"Əziz dostlar, beş gündən sonra Bakıda möhtəşəm final keçiriləcək. Mən də orada olacağam. Bunu qaçırmayın",- deyə L. Fiqu vurğulayıb.
Qeyd edək ki, Bakıda keçiriləcək finalda Londonun "Çelsi" və "Arsenal" komandaları qarşılacacaq.