1329
17:50
24 May 2019

Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib

Qadın voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqasının ilk turuna hakim təyinatları açıqlanıb.
ONA -nın məlumatına görə, ilk matçını mayın 26-da keçirəcək Azərbaycan millisinin Belarusla səfər görüşünü idarə edəcək referilər müəyyənləşib.
Covanni Kapraranın rəsmi debütü ilə əlamətdar olacaq görüşün baş hakimi funksiyasını rusiyalı Olqa Zaxarova yerinə yetirəcək. Ona belaruslu Aleksandr Sudjiyev kömək edəcək.
Qeyd edək ki, mayın 26-da keçiriləcək qarşılaşma Belarusun paytaxtı Minskdəki “Çijovka Arena”da baş tutacaq. Belarus – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.