1258
17:49
24 May 2019

Goranboyda mərmi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Meşəli qəsəbəsi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında araşdırma aparıb.

ANAMA-dan Lent.az -a daxil olan məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənbirlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qaraçay çayının sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindənmühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1 ədəd 100 mm-lik top mərmisi(OF-412) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında280 kv.məraziyəyerüstübaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.