1216
19:10
24 May 2019

“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Mayın 23-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.
Lent.az bildirir ki, Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə layihə barədə geniş təqdimat olub. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, şagirdlərə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlər barədə məlumat verməkdir.
R.Cürənov qeyd edib ki, torpaqlarımız işğal altında olduğu üçün gənc nəsil hər an torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev gənclərimizin vətənpərvər ruhda böyüməsi yönündə siyasət həyata keçirir, Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyət ortaya qoyur. Bu siyasətin nəticəsi 2016-cı ilin Aprel döyüşlərində özünü bir daha ortaya qoydu. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri şəhidlərimiz və dövlətin şəhid ailələrinə qayğı istiqamətində gördüyü işlər barədə də geniş məlumat verib.
Yevlax şəhər 1 saylı tam orta məktəbin direktor müavini Avtandil Mikayıl şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən layihə ilə əlaəqdar “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinə təşəkkür edib.
Tədbir müzakirə ilə davam edib.