1267
21:47
24 May 2019

Daşkəsən rayonuna leysan yağıb, dolu düşüb

Daşkəsən rayonu ərazisinədolu ilə müşayiət olunan leysan yağıb. Güclü külək əsməsi nəticəsində rayonunyol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib.

ONA -nın qərb bürosunun məlumatına görə, güclü küləyin təsirindən çoxsayda ağac aşıb.

Baş vermiş təbii fəlakətlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işləri, ardıcıl müvafiq tədbirlər görülür.