756
10:27
25 May 2019

UEFA prezidenti: “Heç nəyi dəyişmək lazım deyil”

UEFA-nın prezidenti Aleksander Çeferin Çempionlar Liqasının format dəyişikliyinin əleyhinədir.
ONA -nən məlumatına görə, sloveniyalı funksioner Almaniyanın “Şpigel” nəşrinə müsahibəsində qitənin ən nüfuzlu klub turnirini gözləyən yeniliklər barədə fikirlərini açıqlayıb.
51 yaşlı balkanlı bildirib ki, yenilikləri dəstəkləməsə də, yekun qərarı başçılıq etdiyi qurum verəcək: “Əgər məndən soruşursuzsa, heç nəyi dəyişmək lazım deyil. Amma UEFA Avropa Klublar Assosiasiyası tərəfindən irəli sürülən təklifləri müzakirə edir. Artıq UEFA bunlardan birinə - avrokubok matçlarının həftəsonu istirahət günləri keçirilməsi məsələsinə veto qoyub. Bu, baş verməyəcək”.