680
10:31
25 May 2019

Şabranda oğru və narkoman tutuldu

May ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.
Dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Hicran Xalıqov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə kənd ərazisinə keçirilən baxış zamanı, H.Xalıqov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.