1055
11:28
25 May 2019

"Pompeo hər dəfə İran haqqında danışanda məni təhqir edir" - Cavad Zərif

Məhəmməd Cavad Zərif: “İran heç vaxt təzyiq altında ABŞ-la müzakirə aparmayacaq”
ABŞ və İran arasındakı böhranın həlli üçün diplomatik danışıqların çıxış yolu imkanı yoxdur.
ONA -nın Tehran bürosunun məlumatına görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
İranlı nazir həmçinin ABŞ dövlət katibi Mayk Pompeonun təhqiredici danışıq tərzini də tənqid edib: “Pompeo hər dəfə İran haqqında danışanda məni təhqir edir. Nə üçün onun telefon zənginə cavab verməliyəm?”
M.C.Zərif deyib ki, İran heç vaxt təzyiq altında müzakirə aparmayacaq.