1520
15:33
25 May 2019

Türkiyə kök insanların sayına görə Avropada birincidir

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Türkiyədə insanların yüzdə otuz ikisi piylənmədən əziyyət çəkir.

Ötən il ABŞ-da təxminən 240 min, Türkiyədə isə 20 min insan piylənmə xəstəliyinə görə əməliyyat edilib.

Professor Mahir Özmən piylənmənin bütün dünyada artdığını bildirb: “Türkiyədə piylənmənin artmasının əsas səbəbi yemək vərdişi ilə bağlıdır. Həm pis qidalanırıq, həm də hərəkət etmirik. Milli mətbəximiz digər ölkələrlə müqayisədə yağ və karbohidrat baxımından daha zəngindir. Ölçüsüz şəkildə yağlı və yüksək karbohidratlı qidalarla qidalanırıq. Türkiyənin milli fəst-fudu sayılan lahmacun, dönər. dürüm kimi yağlı və karbohidratlı qidalar, eləcə də paxlava və s. piylənməyə səbəb olur.

Həkim qeyd edib ki, Avropada bədən kütlə indeksi 30-un üzərində olan insanların sayına görə Türkiyə birincidir. Onun szölərinə görə, Türkiyə əhalisinin 7,5- 8 milyonu piylənmə xəstəliyindən əziyyət çəkir.