1727
21:24
25 May 2019

Bakıdan Qaxa qonaq gedən qadın qohumu tərəfindən bıçaqlandı

Bakıdan Qax rayonuna qonaq gələn 49 yaşlı qadın elə qohumu tərəfindən
bıçaqlanıb.
ONA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında
Qax şəhərində baş verib.
Əslən Qax rayonundan olan, hazırda Bakı şəhərində yaşayan, 1970-ci il təvəllüdlü Zöhrə Rəcəb qızı Əhmədzadə Qax şəhərində yaşayan bacısı qızıgilə qonaq gəlib. Z.Əhmədzadə qonaq olduğu evdə baş verən ailə münaqişəsi zamanı bacısı qızının əri tərəfindən bıçaqlanıb. Bıçaq xəsarətləri alan Z.Əhmədzadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssəsindən ONA -ya bildirilib ki, Z.Əhmədzadəyə hər iki kürəyin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.