1252
08:32
26 May 2019

Abşeronda orta məktəbdə dava düşdü, şagirdin burnu sınıb

Abşeronda 2 nömrəli tam orta məktəbdə dava düşüb, 9-cu sinif şagirdi xəsarət alıb.
ONA -nın xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.
9-cu sinifdə oxuyan 15 yaşlı Həmidzadə Asif Həsib oğlu sinif yoldaşları ilə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək xəsarət alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, A.Həmidzadənin burun sümüyü sınıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.