1485
08:42
26 May 2019

Qonşu qadınlar arasında əlbəyaxa: bir nəfər başından yaralandı

Yevlaxda qonşu qadınlar arasında düşən davada bir nəfər ciddi xəsarət alaraq başından yaralanıb.
ONA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhəri, Elçin Ağayev küçəsi 90 ünvanında baş verib.
Belə ki, qeyd olunan ünvanda qonşu qadınlar arasında başlayan mübahisə qızışaraq əlbəyaxa davaya çevirilib. Nəticədə 1982-ci ilə təvəllüdlü rayon sakini Məhərrəmova Bəsti Fərman qızı müxtəlif bədən xəsarətləri alıb.
Dava etdiyi şəxs və ya şəxslər həm də onun başını yarıb. Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Bir müddət sonra isə B.Məhərrəmova ambulator şəraitdə müalicəsini davam etdirməsi üçün evə buraxılıb.