1625
11:38
26 May 2019

Bu gün Avropa Parlamentinə seçkilərin ilkin nəticələri məlum olacaq

Bu gün Almaniya və Avropa İttifaqına üzv digər 20 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir.
ONA -nın "Alman Dalğası"na istinadən verdiyi məlumata görə, seçki məntəqələri öncə saat 08.00-da Yunanıstan, Macarıstan, Bolqarıstan, Rumıniya, Litva və Cənubi Kiprdə açılacaq.
Almaniya vətəndaşları saat 10.00-dan 20.00-a qədər səs verəcək. Son seçki məntəqəsi 01.00 radələrində İtaliyada bağlanacaq.
Seçki məntəqələri bağlandıqdan dərhal sonra exit-poll-un nəticələri açıqlanacaq. Avropa Parlamenti saat 21.30 radələrində Avropa İttifaqına üzv 28 ölkə üzrə exit-poll-un nəticələri açıqlamağı, deputat mandatlarının ehtimal olunan bölgüsünü elan etməyi planlaşdırır.
Qeyd edək ki, mayın 23-dən başlayaraq Böyük Britaniya, Hollandiya, İrlandiya, Çexiya, Latviya, Slovakiya və Maltada Avropa Parlamentinə seçkilər keçirilib.