2191
19:23
26 May 2019

Qoz mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə Lent.az -ın əməkdaşına qoz mürəbbəsinin xüsusi hazırlanma qaydasını üsulunu izah edir:
Qoz mürəbbəsinin hazırlanması.
Tərkibi:
Yaşıl,sütül emal edilmiş qoz --45 ədəd
Şəkər tozu --1kq
Su--hər 45 ədəd qoza 800ml
Əhəng --götürüləcək suyun hər litrinə 70qr
Zəy.--suyun hər litrinə 10qr
Limon duzu--3qr
Ədviyyatlar-- hil, darçın çubuğu, mixək zövqə görə.
Qoz mürəbbəsinin hazırlanma qaydası:
May aylının sonları və iyun ayının əvvəlləri qoz mürəbbəsinin hazırlanma vaxtıdır. Bazardan alırıq və ya ağacdan toplayırıq qabıqlarını soyub 10 gün gündə 4-5 dəfə suyunu dəyişmək də olar və yaxud nazık su şırnağı altında saxlayırıq 9-cu gün səhər qozumuz üçün əhəngli məhlul hazırlamalıyıq. Bunun üçün qozlarımızın üzərinə onu 5 sm örtəcək şəkildə su alırıq və suyu boşaldıb litrini ölçürük Suyun hər litrinə 70 qr. əhəng götürüb məhlul düzəldirik və qapağını örtüb 12 saat durulmağa qoyuruq 9 cu günün sonunda durulan əhənglu suyu bir tənzifdən süzərək qozlarımızın üzərinə tökürük 12 saat tez-tez qarışdırmaq şərti ilə qozlarımızı ticaba qoyuruq. 10-cu gün səhər qozları ticabdan çıxarıb yaxşı-yaxşı yuyub 5 saat da axar suyun altında saxlayırıq Ara-sıra gəlib onları iki ovcumuzun içində sürtüb yuyuruq.Bundan sonra qozlarımızı 3-4 yerdən içərisinə keçmək şərti ilə deşdəkləyirik. Deşdəkləyəndən sonra qozlarımızı 20 dəqiqə zəyli suda qaynatmalıyıq.Biz sizinlə suyun litrini ölçmüşdük . Həmin hesabla suyun hər litrinə 10qr olmaqla zəyli məhlul hazırlayırıq. Qozlarımızı zəyli sudan çıxarıb 1 saatlıq yenə axar suyun altına qoyuruq. 1 saatdan sonra qozlarımızı təmiz suda 30 dəqiqə qaynadırıq. Qaynama müddətini su qaynara düşəndən hesablayırıq. Qozlarımız mürəbbə olmağa tam hazırdır. Bunun üçün ya saya bilərik ya da 1 litrlik bankadan ölçü vahidi kimi istifadə edə bilərik. Əgər saysanız hər 45 qoza 1 kq şəkər 800ml su hesabı ilə şərbət hazırlayırıq. Mürəbbəmizi 12 saatlıq fasilələrlə 4 dəfəyə, hər dəfə qaynara düşəndən 20 dəqiqə müddətinə bişirəcəyik. Aradakı fasilələr imkan verir ki, qozlarımız öz vitaminini, suyunu şərbətə versin hər bir qoz da şərbətlə dolsun.Bunu 3 dəfə təkrarlayırıq 4 -cü dəfə hazır olana qədər qaynadırıq. Sonuncu dəfə hazır olmağa 15 dəqiqə qalmış mürəbbəmizin içinə 6-7 ədəd mixək, 1 çubuq darçın 1 limonun qabığını, 3 dolu xörək qaşığı gülüb tökürük. hazır olmağa 5 dəqiqə qalmış 1 iri limonun suyunu mürəbbəmizə tökürük . Limonun qabığını, ədviyyatlarımızı çıxarıb isti-isti sterilizə etdiyimiz bankalara töküb tərs çeviririk soyuyandan sonra həyət dolabına qoyuruq . Hazırlayan hər kəsə nuş olsun.