1297
20:40
26 May 2019

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub, yaralılar var

Bakının Sabunçu rayonunda yol qəzası olub.

ONA -nın məlumatına görə, avtoqəza Ramanaqəsəbəsi ərazisində, Şuşa şəhərciyi yaşayışmassivində qeydə alınıb.

"Volkswagen" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır. Yaralıların xəstəxanaya çatdırılması üçün əraziyə təcili tibbi yardım maşınları cəlb olunub.Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Qəzanın səbəbləri araşdırılır.