755
04:51
27 May 2019

Yunanıstanın baş naziri növbədənkənar parlament seçkiləri keçirmək istəyir

Yunanıstanın baş naziri Aleksis Tsipras iyun ayında növbədənkənar parlament seçkiləri keçirmək niyyətindədir.

ONA xəbər verir ki, bu barədə “Reuters” Tsiprasın “Siriza” partiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, 2015-ci ildən hakimiyyətdə olan “Siriza” mayın 26-da Avropa Parlamentində keçirilmiş seçkilərdə məğlub olub. Qeyd olunur ki, A.Tsipras 26 may gecəsi açıqlama ilə çıxış etməli idi.