895
09:22
27 May 2019

Aygün Kazımovanın "18-" işi üzə çıxdı - FOTO

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib. Lent.az -ın məlumatına görə, rəsmi “YouTube” kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının “İnstagram” rəyləri əsasında təyin edib.

İfaçı karaokelərdə səslənən “back vocal”-ı belə özü ifa edib.
Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün isə məşhur “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.