496
09:26
27 May 2019

Sabirabadda çay evi yandı

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, bir dam altında tikilmiş, hər birinin sahəsi 30 m² olan 2 mağaza və çay evinin lambirindən ibarət tavanı 90 m² sahədə yanıb.
Hər iki mağazanın, çay evinin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub.
Baş vermiş hadisə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.