555
09:27
27 May 2019

“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”

“Mövsümlə bağlı xəyalımızı gerçəkləşdirməyə yaxınıq”.
ONA -nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Emerson Palmieri deyib.
Təcrübəli müdafiəçi Avropa Liqasının Bakıda keçiriləcək final oyunu barədə fikirlərini açıqlayıb. O bildirib ki, “zadəganlar” mayın 29-da Londonun digər klubu “Arsenal”ı məğlub etməklə xəyallarını gerçəkləşdirə bilər: “İngiltərə Premyer Liqasında ilk “dördlüy”ə düşməklə Çempionlar Liqasına vəsiqə qazandıq. Bakıda keçiriləcək final oyununda qələbə qazansaq, 2018/19 mövsümü ilə bağlı xəyalımızı gerçəkləşdirmiş olacağıq. Bu xəyalı reallığa çevrilə bilər. Ümid edək ki, biz bunu bacaracağıq”.