375
14:25
01 İyun 2019

Çingiz Qənizadə seçicilərini dinlədi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Qaralar kəndində seçiciləri ilə görüş keçirib.
Lent.az -ın məlumatına görə, görüş zamanı seçicilər kəndə verilən qazın təzyiqinin aşağı olmasından şikayət ediblər.
Görüşdə kənd sakinlərinin deputatdan bir neçə xahişi də olub.
Sakinlər Qaralar kəndinin yaxınlığındakı su nasosunun quraşdırılması ilə bağlı məsələyə də diqqət çəkiblər. Onlar Çingiz Qənizadədən su nasosunun quraşdırılmasına yardımçı olmasını xahiş ediblər.
Milli Məclisin deputatı görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab Prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edən Ç.Qənizadə onların şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.