210
14:06
04 İyun 2019

Azərbaycanda aqrar sığorta könüllü əsasda olacaq

Azərbaycanda aqrar sığorta könüllü əsasda olacaq.
APA -nın məlumatına görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə çıxarılan “Aqrar sığorta haqqında” qanun layihəsində əksini tapıb.
Birinci oxunuşda qanun layihəsində qeyd edilmişdi ki, aqrar sığorta sistemi kənd təsərrüfatı məhsullarının istehsalçısının bu qanunla müəyyən edilmiş əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Bu gün Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan sənədin ikinci oxunuşunda bildirilir ki, aqrar sığorta sistemi kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının bu qanunla müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin növbədənkənar xüsusi iclasına tövsiyə edilib.