358
18:40
05 İyun 2019

AVRO-2020: Azərbaycan-Macarıstan oyununun hakimləri bəlli olub

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

Lent.az -ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, iyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.