691
writer1

Lent.az

Məqalə sayı

153832
10:38 09 İyun 2019

Ağlımı necə dərk edim?

Arzu Yusifova-Hepatoloq-qastroenteroloq

Təəccüblü olsa da ağlın təbiəti və funksiyası haqqında müxtəlif  təsəvvürlər var. Müxtəlif psixologiya, fəlsəfi, dini məktəblərdə ağlı qiymətləndirmənin üsulları kəskin fərqlənir, hətta çox zaman bir-birinin tam əksini izah edir. Fiziki bədən-onun forması, strukturu, funksiyası haqqında isə fərqli düşüncələr yaranmır. Heç kim düşünmür ki, biz mədəmiz ilə düşünürük və ya insanın 3 ayağı var. Bədən izlənməyə, müşahidə edilməyə rahat tabe olur. Biz bədənin (orqanizmin) əsas sistemlərini rahatlıqla saya bilərik, amma eynisini ağıl üçün tətbiq edə bilmirik. Fiziki bədəndən fərqli olaraq ağıl bizə amorf, struktursuz olaraq özünü göstərir.

Hər birimiz ağıla sahib olmamıza və hər zaman onu istifadə etməmizə baxmayaraq, tam mənada ağlın dəqiqliyi ilə nə olduğunu təsəvvür edə bilmirik. Onun təbiətini və funksiyasını anlamırıq. Ona necə yanaşmamız lazımdır? Əsas problem odur ki, özümüzü tam anlamda dərk etmədən ağlı anlamaq imkansızdır. Öncə kim olduğumuzu anlamamız gərəkdir. Düşüncə-özlüyündə eqonun funksiyasını və ya individual “mən” i təmsil edir. Subyektiv olaraq şəxsi istəklərimiz bizim ağıla baxışımızı müxtəlif rəngə boyayır, buna görə də ağlın xüsusiyyətlərini obyektiv qiymətləndirməmiz praktik olaraq mümkünsüz qılır.

Beləliklə, həqiqi psixologiyanı öyrənmənin ilk addımını “ağıl nədir və neçə funksiyası var”ı  anlamaq olacaq. Bu mükəmməl cihazın təbiəti nədir? O həqiqi olan bizlə necə əlaqəlidir? Onun bədənlə əlaqəsi necədir? Ağlın normal fəaliyyəti nədir? Biz əlimizi, ayağımız gördüyümüz kimi ağılı obyektiv olaraq görməyi öyrənə bilərikmi ?

Ağlımı necə dərk edim?

Maşın sürməyi bacarmayan insan (sükanı necə çevirmək ,sürəti necə artırmaq və ya zamanında və axıcı azaltmaq) işləyən mühərrikli maşının sürücü qoltuğuna oturarsa, nə baş verəcək? Əlbəttə, qəza keçirəcək və əgər həyatda qala biləcəksə, bir daha sükan arxasına oturacağına qərar verməyəcək.

Təxminən buna bənzər şəkildə biz öz ağlımıza yanaşırıq. İndividual idrak (dərk etmə) doğularkən bizim ağlımıza yerləşdirilir, ancaq bizə kimsə öz ağlımızdan necə istifadə edilməsini, onun emosiyalarını, həssaslığını izah etmir. Kimsə bizə düşünməni, emosiyaları, iradəni və hissiyyatı (hiss orqanlarımızla dərk etdiklərimizi), gümrahlıq, dərin yuxu və yuxugörməni anlatmır. Biz tam bilgisiz qalırıq, çünki valideynlərimiz və digər insanlar özləri də anlamır ağıl nədir və necə fəaliyyət göstərir.

Yaşadığımız problemlərin kökündə bizim ağılı və onun funksiyasını anlamamağımız durur. Bu birincili problem müxtəlif ikincili (məsələn, arzu olunan hədəfə neçə çatmamızı, qorxu hissi yaradan durumdan qaçmaq) problemlərə səbəb olur və hətta ikincili problemlərin önəmi qalmır. Məsələn, əgər biz maşın idarə edə bilmiriksə, onunla hara gedəcəyimizin əhəmiyyəti qalmır. Biz bu ikincili yaranmış problemi ilk problem olaraq dərk edirik və ya digər şəxsləri günahlandırırıq. Məhz ağıl haqqındakı doğru olmayan düşüncəmiz ətraf aləm haqqında doğru olmayan təsəvvürə səbəb olur ki, bu da bizə sosial münasibətlərimizdə çətinlik yaradır.

Analoji misal olaraq: əgər biz alovun xüsusiyyətini bilmiriksə, yana bilərik. Bu o anlama gəlmir ki, biz pis insanıq və ya alov yaxşı deyil. Bu sadəcə, bizim alovun nə olduğunu bilməməmizi göstərir. Ağıl da, alov kimi həm xeyirxahlıq , həm də qəddarlıq üçün istifadə oluna bilər. O, böyük xoşbəxtliyə də səbəb ola bilər və ya məhvedici də ola bilər ki, biz  tarixə nəzər salsaq, bunun dəfələrlə şahidi olmuş oluruq. Bütün psixoloji problemlər sadəcə, ağlı düzgün istifadə etməmənin nəticəsidir.

Əgər biz ağlımızı düzgün istifadə etməyi öyrənsək, bu sadəcə, bizim psixoloji problemlərimizi həll etməyə deyil, həm də bizim özünü realizə edən yüksək potensialımıza baxmağa yardım edəcək. Və o zaman biz ağlın sərhədindən çıxaraq (hansı ki təbiəti sərhədlidir), saf olan idraka (məkan, zaman, səbəbdən azad) keçə bilərik. Hər hansı məsələni həll etməyə çalışırıqsa, öncə öz ağlımızı fəth etməliyik.

Gəlin nəhayət ağlımızı anlamağa zaman ayıraq. Bunun üçün özümüzdə dərinləşməli və izləyici mövqeyi  almalıyıq. Biz ağlımızın və onun fəaliyyətinin şahidi olmalıyıq. Təsəvvür edin ki, sizin düşüncələriniz axan çaydır və siz sahildə oturaraq bu axını izləyirsiniz. Ağlın tərkibini izləməyi öyrənin, heç bir yorum etmədən ,onla iş birliyinə girmədən axan hər xırda düşüncəni izləyin.

Biz düşüncələrdəki ,emosiyalardakı, təəssüratlardakı tərəddüdü fərq edəcəyik. Ağlın fəaliyyətindən ayrılıb onu izləyə bilməyənədək biz onu tam anlaya bilməyəcəyik, eynən bizim diqqətimiz ekranda olduqda zalda baş verənləri fərq etmədiyimiz kimi.

Nəyi izləyiriksə izləyək məsələn, masanın üzərində dayanan fincan obyektdir və bizim alqımızdan ayrılıqda varlığını qoruyur. Biz yalnız xarici obyektləri deyil, həm də daxildə olanları da izləyə bilərik. Öz emosyalarımızı, düşüncələrimizi, hətta eqomuzu izləyə bilərik. Əgər cox diqqətlə baxmağı bacarsaq, o zaman görəcəyik ki, bunlar hamısı dəyişkən faktorlardır.

Masadan düşən və  qırılan fincan izləyən gözə zərər vermir. Eynən bunun kimi düşüncələr dəyişdikdə və ya hər hansısa “zədə” aldıqda bu alqılamaq qabiliyyətimizə zərər vermir. İzləyici vəziyyətdə olan alqı (dərk ermə) izlədiyi obyekdən və vəziyyətdən ayrıdır. Buna görə də ilk  gəldiyimiz nəticə ondan ibarətdir ki, ağıl izlənilə bilən obyektdir, materiyadır və xarici aləmin bir hissəsidir. O bizə aiddir, amma biz deyil. Eynən mənim evimin mənə aid olub, mən olmadığım kimi. ”Mənim ağlım” dedikdə  artıq anlamaq olur ki, ağıl mənə aiddir, amma mən deyiləm. Ağıl beyin kimi gözlə görünən fiziki orqan  və ya  fiziki materiya deyil, o daha yüngül, incə materiyadır. Necə ki, öz əllərimizi istifadə edə bilirik, eləcə də individual idrak eyni zamanda həm alqılamaq (dərk etmək), həm də ağlı istifadə edə bilməkdədir. Ancaq bunun üçün ağıldan ayrılmaq, belə ki, onun maraqlarından və fəaliyyətindən ayrılmaq lazımlıdır.

Yuxarıda ağılı obyekt kimi görə bildik. İndi isə ona istifadə edilən alət (cihaz) kimi yanaşmağa çalışaq.

Hiss orqanları özlüyündə alətdir: Göz-görmə aləti; Qulaq-eşitmə aləti və s. Analoji olaraq ağıl-hiss orqanlarından alınan informasiyanı ayırd edirsə, o da alət kimi fəaliyyət göstərir. Ağıl-xarici aləmdən informasiyanı alma vasitəmiz, alətimizdir. Ağıl-kosmik bilinc tərəfindən daxili ”mən” in təcrübə yığması üçün  yaradılmış idrak prosesinin aracıdır (vasitəsidir). Ağıl-ən mükəmməl kompyüter, ən mükəmməl mexanizmdir, materiyanın ən yüksək orqanizasiyasıdır ki, material dünyanı dərk etmə vasitəsidir.

Beləliklə, biz öz diqqətimizi o və ya bu obyektə yönəldə bilərik. Biz öz düşünmə qabiliyyətimizi istifadə edə, öz iradəmizi möhkəmlədə, hislərimizi tərbiyə edə bilərik. Ağıl alətdirsə, o mən deyiləmsə, eynən bu cür də həyatımda istifadə etdiyim hər hansı başqa alət deyiləm. Bütün digər situasiyalarda olduğu kimi mən-aləti istifadə edənəm. Mən gərək alətin mənə əmr etməsi yerinə onu ən mükəmməl şəkildə istifadə etməyi öyrənim. Təəssüf ki, biz hər zaman ağlın sadəcə, alət olduğunu unuduruq. Biz ona  kim olduğumuzu və nə etməyimizin lazım olduğunu bizə deməsini müşahidə edirik. Ağlın qulu olduğumuz üçün biz öz həyatımıza kontrolu itirmişik və indi bizi ağlın arzuları idarə edir, həqiqətdə bizim olmayan, xarici aləmdən gələn arzular.

Kontrolsuz ağıl güclü deyildir. Güclü ağla sahib olmamız, əsl olan” özümüzün” pıçıltısını  eşitməyimiz diləyi ilə.