372
10:37
10 İyun 2019

Aysel Əlizadə ittihamlara cavab verdi: "Ailə dağıtmamışam" - VİDEO

Bir müddət öncə adı ailə dağıtmaqda hallanan müğənni Aysel Əlizadə şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “ATV Maqazin onlarla” verilişində şəxsi həyatı ilə bağlı suallara bu cür cavab verib: “Mən o qədər də aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almağa çalışmasınlar, başqasınınkı mənə gərək deyil. Kiminsə sevgilisini əlindən almaq aciz qızlara aiddir. Mən həyatı boyu belə şey etməmişəm.


İndiki zamanədə ağ qara ləkə götürür. Mənim haqqımda kimsə nahaq danışırsa, məyus oluram. İstəmərəm ki, elə danışsınlar. Amma deyirlərsə, demək ki, barəmdə danışıb, günahlarımı yuyurlar. Bilmirəm günahım var, ya yox, amma imikan verin ki, məndə də günah qalsın”.

Qeyd edək ki, bir müddət öncə Turanə adlı xanım “Səni axtarıram” verilişinə çıxaraq Ayselin onun ailəsini dağıtdığını bildirib: "Mənim ailəmi Aysel dağıdıb. Onu öz evimdə də görmüşəm. 2016-cı ilin dekabrında Ayseli Elçin evimə gətirdi. Məni saymadan qapını açıb girmişdi evə. Hətta Aysel gəlməzdən əvvəl yoldaşımın telefonundan qızıma səsli mesajlar atırdı. Onun kim olduğunu soruşmağa heç mənə imkan vermirdi. Elçin mənə deyirdi ki, səni istəmirəm, Ayseli sevirəm. Atası da bilirdi bunu. Hətta atası mənə dedi ki, sən getməlisən, kimi sevir gətirsin. 6 ay dözdüm. Hər gün saat 9-da Aysel ərimin nömrəsiylə qızıma zəng vururdu. Ərimlə Aysel bir evdə qalırdı. Saray qəsəbəsindəki bağda Aysellə yaşayırdı. İki ay sonra dedi ki, sənə görə niyə narahat qalım? Çıx get, biz burada yaşayaq".