452
18:17
10 İyun 2019

Türk futbolçuya tualet fırçası uzadan islandiyalı barədə YENİ MƏLUMAT - VİDEO

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandasının İslandiyadakı üzləşdiyi rəftarlar böyük müzakirələrə səbəb olub.
Belə ki, futbolçular pasport nəzarətindən keçərkən təxminən 3 saata yaxın saxlanıldıqdan sonra Türkiyə millisinin kapitanı Əmrə Bələzoğlu açıqlama verərkən islandiyalı vətəndaş ona tualet fırçası uzadıb.
Baş vermiş hadisə ilə bağlı Lent.az türk mediasına istinadən xəbər verir ki, həmin şəxsin İslandiya mediasından olmadığı bildirilib. Tualet fırçası uzadan şəxsin youtuber olduğu iddia edilib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində islandiyalıların davranışının qəbuledilməz olduğunu vurğulayıb:
“İslandiya Hava Limanında milli komandamıza edilən qeyri-etik davranış qəbuledilməzdir. Lazım olan addımı atacağımızdan millətimizin şübhəsi olmasın”.
Qeyd edək ki, sabah keçiriləcək İslandiya-Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.