369
19:37
11 İyun 2019

Lənkəranda itkin düşən uşaqlar tapıldı - YENİLƏNİB

Lənkəranda itkin düşən uşaqlar tapılıb.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, uşaqlar rayonun Daştadük və Əşlə kəndlərini birləşdirən meşədə kənd sakinləri tərəfindən tapılıblar.
12:56
Lənkəranda yeniyetmə uşaqlar itkin düşüb.
APA -nın xəbərinə görə, 2006-cı il təvəllüdlü Şahbazov Əli Qədir oğlu və onun bibisi oğlu, 2007-ci il təvəllüdlü Tahirov Tahir Malik oğlu Lənkəran şəhəri Daştatük kəndindən çıxaraq bir daha geri qayıtmayıblar.
Hər iki şəxsin valideynləri Lənkəran şəhər Polis Bölməsinə müraciət edib.
Yeniyetmələrin axtarışları davam edir.