255
15:52
11 İyun 2019

Azərbaycan idmançıları ermənilərə qalib gələrək, çempion oldular

Gürcüstanda yeniyetmələr arasında karate üzrə beynəlxalq turnir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA -ya verilən məlumata görə, yarış paytaxt məktəbliləri üçün uğurlu alınıb və komandamız qalib adına yiyələnib.
Belə ki, 95 nömrəli tam orta məktəbin şagirdləri Polad Abdulrəzimov və Rəyyan Abbaslı, 278 nömrəli tam orta məktəbin şagirdi Rəşid Rəşidov, 58 nömrəli tam orta məktəbin şagirdi Davud Həsənli, 269 nömrəli tam orta məktəbin şagirdi Əhməd Şəfiyev, 261 nömrəli məktəb-liseyin şagirdi Nihad Abıyev və “Zəngi” liseyinin şagirdi Zakir Məmmədli bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Turnirdə 278 nömrəli tam orta məktəbin şagirdi Valeh Əhmədov, 171 nömrəli tam orta məktəbin şagirdi Çingiz Həşimov, 145 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədli və 249 nömrəli tam orta məktəbin şagirdi Rəhman Sadıxov ikinci, 145 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədli isə üçüncü yeri tutub.
Yarışın finalında azərbaycanlı idmançılarının məğlub etdikləri rəqibləri arasında erməni idmançılar da olub.
Beləliklə, 704 idmançının mübarizə apardığı turnir komandamız 7 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıb.