240
19:46
11 İyun 2019

Coratda küçədə kişi meyiti tapıldı

Sumqayıt şəhərinin Corat qəsəbəsində küçələrdən birində kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, əraziyə baxış keçirilib və ölən şəxsin 1973-cü il təvəllüdlü Fətəliyev Rasim Gülmalı oğlu olduğu müəyyən edilib.
R.Fətəliyevin narkoman olduğu bildirilir və onun narkotik vasitədən öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.