242
08:16
12 İyun 2019

Sabirabadda avtoqəza zamanı xəsarət alan 2 sürücü və 2 sərnişinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Sabirabdda avtoqəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, saat 00:10 radələrində Hacıqabul-Horadiz magistralının 38-ci kilometrliyində, Sabirabad rayonunun Qaratəpə kəndində Sabirabad rayon sakini -1975-ci il təvəllüdlü Heydarov Səbri Əlheydar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini -1989-cu il təvəllüdlü Paşayev Bəşir Azər oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücüvə sərnişinlər -İmişli sakinləri, 1968-ci il təvəllüdlüƏliyev Daşqın Qurban oğlu və 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radifoğlu yüngül xəsarətlər alıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

Saat 00:54

Sabirabd rayonunda avtoqəza olub, 4 nəfər xəsarət alıb.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 00:10 radələrində Hacıqabul-Horadiz magistral yolunun38-ci kilometrliyində, Sabirabad rayonunun Qaratəpə kəndində qeydə alnıb.

“Mercedes” markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Baş DYP İdarəsi tərəfindən araşdırma aparılır.