232
10:37
12 İyun 2019

Siyəzəndə qəza törədib qaçan sürücü tutuldu

Siyəzəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. “Mitsubishi Pajero” markalı, 90-FO-808 dövlət qeydiyyat nişanlı avtomobil dəmir məhəccərlərə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Cəlalə Qurbanova aldığı xəsarətlər hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində sürücü 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov olması müəyyənləşib və saxlanıb.
Faktla bağlı cinayət işi aparılır.