132
11:01
12 İyun 2019

Daha bir piyada ölümü ilə nəticələnən yol qəzası

Bakıda piyada ölümü ilə nəticələnən qəza baş verib.
APA -nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Şəhər sakini Rüfət Kazımovun idarə etdiyi “Nissan Teana” markalı, 90 –SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən yol kənarı ilə piyada gedən Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.