195
11:45
12 İyun 2019

Həmcinslərini fahişəliyə cəlb edən Gülzardan XƏBƏR VAR

Bakıda iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən Nəzirova Gülzar Cavanşir qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən qadın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
İttihama görə, G.Nəzirova əvvəldən tanıdığı Günay və Elnarə (adlar şərtidir) adlı qadınları fahişəliyə cəlb edərək, onları kişilərlə görüşdürüb. Şikayət əsasında G.Nəzirova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1(fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham verilib.